“Arvadımı öldürməyim sadəcə şit bir zarafatın nəticəsi idi” - Hakim

Bu gün həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədova hökm oxunub. Ona 10 il azadlıqdan məhrum etmə cəzası verilib.
Hakim son sözündə ittihamla qəti razı olmadığını bildirib:
"İttiham aktında qeyd olunanlar fərziyyədir. Nə vaxtdan 15 il bir yerdə yaşadığın arvadına yüksək tonda nəsə deməyin təhqir sayılır?! Bir insanı qəsdən öldürmək üçün bunu arzulamalısan. Mənim onu öldürməyim sadəcə şit bir zarafatın nəticəsi idi.
15 il Pərvanə ilə nikahda olmuşam. Mən onu sevirdim. Həmişə də belə olacaq. İstəməzdim ki, onun başından bir tük belə əskik olmasın, nəinki onu öldürmək”.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlun 2021-ci il mayın 30-da Nardaran qəsəbəsi, "Ləhiş bağları”nda birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq, arvadı Pərvanə Əhmədovanı öldürmüşdü.///qafqazinfo
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI












