Arvadını balta ilə öldürən şəxs Psixiatriya Xəstəxanasına göndərildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatalada arvadını qətlə yetirməkdə təqsirləndirilən F.İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.İsmayılovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilmiş hesab olunub və o, cinayət məsuliyyətindən azad olunub.
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü (Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin növləri, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə) maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilib.
Qərarın icrası Azərbaycan Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
İttihama görə, 2020-ci il oktyabrın 21-i saat 15 radələrində Zaqatala rayonu, Yengiyan kənd sakini, 1978-ci il təvəllüdlü Z.İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri F.İsmayılovun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə xəsarətlər yetirərək Z.İsmayılovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
F.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










