ASCO gəmilərdəki dezinfeksiya işlərinə 3,6 milyon manat XƏRCLƏYİB

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarından 2020-ci ildə 14 127 ədəd, 2021-ci ildə 27 081 ədəd test nümunələri götürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə ASCO-nun 2020-2021-ci illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatında qeyd edilib.
Hesabata görə, 2020-2021-ci illərdə ASCO dezinfeksiya işlərinə ümumilikdə 3 milyon 566 min 520 manat xərcləyib.
Belə ki, qurum ayrı-ayrılıqda dezinfeksiya işlərinə 2020-ci ildə 2 milyon 089 min 401 manat, 2021-ci ildə 1 milyon 477 min 119 manat vəsait xərclənib.
Hesabatda göstərilir ki, bundan əlavə COVID-19 pandemiyası ilə əlaqədar, əməkdaşların sağlamlığının qorunması məqsədi ilə, “məsafədən iş” prinsipinin tətbiqi ilə yanaşı, istehsalat zərurəti ilə əlaqədar işə cəlb olunan əməkdaşların növbəli iş rejimində işləməsi, bu işçilərdən, o cümlədən üzən heyətdən mütəmadi olaraq PCR test nümunələrinin götürülməsi, iş yerlərinin davamlı dezinfeksiya olunması təmin edilib.
Bu işlərin koordinasiyasını təmin etmək məqsədi ilə, ASCO-da xüsusi qərargah yaradılmış, xəstəliklə bağlı sualların və müraciətlərin operativ şəkildə cavablandırılması üçün 24 saat fəaliyyət göstərən “Qaynar xətt” istifadəyə verilmiş və pandemiya dövründən çıxış ilə bağlı Tədbirlər Planı hazırlanıb. (Report)
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












