Aşqabadda Orta Dəhliz üzrə dördtərəfli dəmir yolu əməkdaşlığı müzakirə olunub - FOTOLAR

Fevralın 10-u 2026-cı il tarixində Aşqabad şəhərində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Mammed Akmammedov, “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze arasında dördtərəfli görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə tərəflər qarşılıqlı maraq kəsb edən məsələləri, dəmir yolu sahəsində, eləcə də regionun əsas tranzit marşrutlarından olan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Həmçinin Orta Dəhlizin rəqabətqabiliyyətinin yüksəldilməsi, bu marşrut üzrə daşımaların həcminin artırılması barədə fikir mübadiləsi aparılıb, əməliyyatların rəqəmsallaşdırılmasının yük nəqlinin daha operativ həyata keçirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ötən ilin avqustunda Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nun əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyi qeyd olunub.
Dördtərəfli görüşün yekunu olaraq Orta Dəhliz üzrə rəqəmsallaşma və yükdaşımaların inkişafı, dəhlizin diaqnostikası kimi istiqamətləri əhatə edən protokol imzalanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















