Astanada dolu təyyarələri sıradan çıxardı - Reyslər təxirə düşdü

Yerli vaxtla saat 14:10-a olan məlumata görə, Astana hava limanında 9 gəliş və 6 uçuş reysi təxirə salınıb. Ləğv edilmiş uçuşlar yoxdur.
Avtosfer.az Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, Astanada pisləşən hava şəraiti ilə əlaqədar “Air Astana” aviaşirkətinin 4 təyyarəsi dolu vurması səbəbindən sıradan çıxıb və bu, sonrakı uçuşların zəncirvari ləngiməsinə səbəb olub.
Hazırda Mülki Aviasiya Komitəsinin, Aviasiya Nəqliyyatı Prokurorluğunun və Qazaxıstan Aviasiya Administrasiyasının əməkdaşları uçuşların gecikmələri ilə bağlı vəziyyətə nəzarət etmək və əməliyyat tədbirləri görmək üçün Astana hava limanındadırlar.
Onların birgə məlumatında deyilir: “Aviaşirkətin əməkdaşları iş başındadır və sərnişinləri Qazaxıstan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün lazımi məlumat və xidmətlərlə təmin edirlər.
Təxirə salınan reyslər növbəti uçuşların gecikməsinə səbəb ola bilər və buna görə də sərnişinlərə tövsiyə olunur ki, aviareyslərin statusunu və uçuş vaxtını əvvəlcədən aviaşirkət və ya hava limanının məlumat xidmətlərindən öyrənsinlər”.
(unikal)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












