Astarada çay yatağı sürüşdü: Sakinlər təhlükədə - FOTO

Astara rayonunun Şahağacı kəndi ərazisindəki torpaq sürüşməsi yenidən intensivləşib.
“Report”un məlumatına görə, sel və daşqınlar zamanı ərazidən keçən Pensərçay torpaq qatını yuduğundan çay sahilinin evlərlə məsafəsi azalıb.
Pensərçay sağ və sol sahillərə doğru 20-25 metr genişlənib.
Sakinlərin sözlərinə görə, yol yük maşınlarının hərəkəti zamanı daha təhlükəli olur. Torpaq sürüşməsi vətəndaşların həyətyanı sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. 20 metr enində, 50 metr uzunluğunda torpaq qatının uçqunu, həmçinin, sakinlərin həyətyanı sahələrinə, yardımçı tikililərə və ağaclara da zərər vurub.
Sakinlər qarşıdakı aylarda baş verə biləcək sel və daşqınların daha böyük təhlükə yaradacağından ehtiyatlanırlar.
Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov bildirib ki, yeddi evə gedən yol tamamilə yuyulub. Gediş-gəliş üçün məhdudiyyətlər yaranıb:
“Baş verən təbii fəlakətlə bağlı dərhal rayon icra hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmin yerlərə baxış keçirilib. Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına müraciət olunub. Onların əməkdaşları yerlərə baxış keçiriblər və məsələ aktlaşdırılıb. Ərazidə bəndləşmə işləri ilə bağlı müəyyən tapşırıqların verilməsi müzakirə olunub. İlin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub”.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












