Astarada dağlıq kəndləri birləşdirən körpü qəzalı vəziyyətə düşüb - FOTO

Astara rayonunun Miki kənd ərazisində 5 kəndi rayon mərkəzi ilə birləşdirən körpü qəzalı vəziyyətə düşüb.
İntensiv yağıntılar nəticəsində çayda sel sularının çoxalması, Astara rayonunun Miki kəndi ərazisində yerləşən və 5 kəndi rayon mərkəzi ilə birləşdirən körpünü qəzalı vəziyyətə salıb. Körpünün alt hissəsində torpaq qatının yuyulması, ərazidə təhlükəli vəziyyət yaradıb. Sakinlər vəziyyətin daha da çətinləşə biləcəyindən narahatdırlar. Sakinlər deyir ki, körpü çoxdan tikilib və standarta uyğun deyil, çox dardır. Maşınlar bir–birinin yanından keçəndə təhlükə yaradır. Yük avtomobillləri isə ümumiyyətlə körpüdən keçə bilmir. Kəndlərin taleyi isə bu körpüyə bağlıdır. Alternativ yol da yoxdur.
Siyəkü kənd bələdiyyə sədri Ramin Dədəyev bildirib ki, əraziyə cəlb olunan texnikaların köməyi ilə körpüdə təmir işləri aparılıb. Torpaq uçqunu olan ərazilərə çınqıl daşları, şebel tökülüb:
“Son dövrdə sel–suları nəticəsində həmin körpü qəzalı vəziyyətə düşüb. Astara rayonunun icra hakimiyyətinin tapşırığı əsasında 49 saylı yol idarəsi və bələdiyyə tərəfindən həmin körpü qrabilnən, şebelnən təmin olunub. Körpüdə müəyyən işlər görülüb. Gələcəkdə körpünün yenidən tikintisi nəzərdə tutulub”.
Qeyd edək ki, bu yol Miki kəndi də daxil olmaqla Qələpurqu, Rinəsə, eləcə də dağ yolu olan Əsxənəkəran və Toradi kəndini rayon mərkəzinə çıxışını təmin edən yeganə yoldur. Yol üstündə qurulan körpüdən 1500 nəfər əhali istifadə edir. (apa)
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI












