Ata 9 yaşlı qızını 55 yaşlı kişiyə satdı: Sağ qalmaq üçün etmişəm - FOTO

Əfqanıstanda ata 9 yaşlı qızını 55 yaşlı kişiyə satıb.
Avtosfer.az xəbər verir ki, Əfqanıstanda 9 yaşlı qızı doğma atası 55 yaşlı kişiyə 2200 dollar pul və qoyun qarşılığında satıb. Ata bir neçə ay əvvəl 12 yaşlı qızını da evlənmək üçün satıb.
Pərvanə adlı qız daha sonra gözlərinə və dodaqlarına makiyaj edib, onu alacaq şəxslə görüşüb.
Pərvanənin ailəsi ilə birlikdə 4 ildir Badgisdəki əfqan qaçqın düşərgəsində yaşadığı, ailənin isə humanitar yardım aldığı məlum olub.
Pərvanənin ailəsi başqa variantlarının olmadığını bildirsə də, məlum olub ki, ata Əbdül Malik bir neçə ay əvvəl digər 12 yaşlı qızını da satıb.
Pərvanənin satışından gələn pulun ailəni bir neçə ay ayaqda saxlayacağını bildirən Malik, sonradan başqa çarə tapmalı olduğunu söylədi. O, "Biz səkkiz ailə üzvüyük. Digər ailə üzvlərini yaşatmaq üçün onu satmalıyam” - deyə bildirib.
Pərvanəni alan Qurban adlı şəxs Əbdül Malikə qoyun, torpaq və nağd pulla 200 min əfqan (təxminən 2200 dollar) qonorar ödəyib. Kişi alqı-satqıya evlilik kimi baxmadığını, arvadı olduğunu və Pərvanəyə baxacağını bildirib.

AZXEBER.COM
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu












