Ata qızını qadın alverçilərinə satan 19 yaşlı gənci belə cəzalandırdı

ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində polis 60 yaşlı Con Eyzenman adlı şəxsi qızının sevgilisi Aaron Sorensonun qətlində şübhəli bilərək saxlayıb.
Sfera.az xəbər verir ki bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, qətlə yetirilən 19 yaşlı gənc sevgilisini 2020-ci ilin oktyabrında 1000 dollar qarşılığında qadınları seks işçiliyinə məcbur edən şəbəkəyə satıb. Polisin bildirdiyinə görə, dəhşətli qətl də məhz bu səbəbdən baş tutub. Belə ki, ata Con Eyzenman qızını həmin şəbəkənin əlindən xilas etdikdən sonra evinə gətirib. Daha sonra da qadın alverçilərinə satışı həyata keçirən Sorensonun izinə düşüb.
Çox keçmədən qızını satan Sorensonu yaxalayan Eyzenman onun əl və ayağını bağlayıb maşınının baqajına qoyub. O, Sorensonun başına küt alət ilə vurub, qarnına ardıcıl bir neçə bıçaq zərbəsi endirib. Qatil ata daha sonra öldürdüyü gənci maşını ilə birlikdə ucqar tənha əraziyə aparıb və orada qoyub.
Avtomobil 2021-ci ilin oktyabrında ərazidən keçən insanlar tərəfindən təsadüf nəticəsində tapılıb. Onlar öldürülən şəxsin cəsədini baqajda aşkarlayıblar.
Cəsədin ortaya çıxmasından sonra qızın atası birinci dərəcəli şübhəli kimi həbs edilərək istintaqa cəlb edilib. Polisin verdiyi məlumatlara görə, bu hadisədən əvvəl Eyzenmanın adı heç bir qanun pozuntusu və ya zorakılıq hallarında aşkarlanmayıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












