“Atamın maşınını satıb borc ödədim”

“Pandemiyada çox geri düşdüm, çox şeyimi itirdim, demək olar ki, müflis oldum. Ötən aya qədər çox əziyyət çəkdim” .
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzova sosial şəbəkədə yazıb.
O, biznesindəki uğursuzluqlardan və borclarından danışıb:
“Pis günümdə özümü yaxşı göstərə bilməzdim. Çünki atam kimi təbii, səmimi, real bir insanam. Çox əziyyət çəkdim, hamı deyirdi Allahın sınağıdır. Gücüm, taqətim qalmamışdı. Tək qalmışdım, bütün ailənin yükü üzərimdə idi. Ağlınıza gəlməyəcək qədər borclandım. Sentyabrda bir möcüzə baş verdi. Mənə İrandan təklif gəldi və adıma aid olan salon brendimi satın almaq istədilər. Salonumun şəbəkələrini açmaq istədilər. Məbləği yazmayacağam, amma razılaşdım.
6 ay boyunca hər ay bu məbləğ mənə gələcək. Bununla bütün borclarımı bağlayacağam. Əvvəlki həyatıma daha güclü formada qayıdacağam. Hər ay bütün xəyallarımı gerçəkləşdirəcəyəm. İnanıram ki, atam məni görür. Atamın maşınını belə satıb borca vermişdim, təkcə maşının nömrəsi qalmışdı, onu ölsəm də satmaram. Həmin avtomobili atama mən hədiyyə etmişdim.
Çalışın düşməyin. Mənim kimi saf olub pullarınızı dağıtmayın. Əlinizdəki pulları qoruyun ki, mənim başıma gələnlər sizin başınıza gəlməsin. Çünki pulun varsa, şöhrətin var. Hamı başına dolanır, düşəndə isə batırsan. Əlvida pis günlər, xoş gəldin yaxşı həyat. Müqavilə işləri bitəndən sonra bu maşınla bütün ailə üzvlərimiz atamı ziyarətə gedəcəyik”.
Qeyd edək ki, Ramiz Novruz 2022-ci ildə uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












