«Atəşgah» sığorta müştərini atəşə atdı - FOTO

Sumqayıt şəhər sakini Zaur Rəcəbov «Atəşgah» sığorta şirkətindən narazıdır. Avtosfer.az-a müraciət edən Z.Rəcəbov bildirib ki, 28.07.2015 tarixdə Bakı-Şamaxı yolunun 110-cu km-də idarə etdiyi «VAZ-2106» markali, 10 RM 376 dövlət qeydiyyat nişanlı avtomobili «Mersedes» markalı, 31 BE 453 dövlət nömrə nişanlı avtomaşın tərəfindən vurulub və yarasız hala salınıb: «Bu barədə dərhal dövlət yol polisinə məlumat verilib və «Mersedes» markalı avtomaşının sürücüsü təksirkar bilinib. Həmin avtomobil «Atəşgah» sıgorta tərəfindən icbari sığortalanıb. 3 həftədən sonra səndlər həmin sığorta şirkətinə göndərilib. Sənədlər sığotra şirkətinə verildikdən sonra mənə zəng gəldi və bildirdilər ki, avtomobilimə 700 AZN məbləğində ziyan dəyib. Lakin «Atəşgah» siğortadan heç bir əməkdaş maşına baxış keçirməyib. Onuda nəzərinizə çatdırım ki. mən dəymiş ziyanın hesablanması üçün avtoservisə müraciət etmişəm və ustaların iştirakı ilə həmin ziyan aktlaşdırılıb.
Mən 20.08.2015 tarixində Atəşgah sığorta şirkətinin Yasamal rayonud Mətbuat pr, 18/7 (Azərnəşriyyat ilə üz bəz üz) ünvanında yerləşen şöbəsinə getdim, Atəşgah sığortasının əməkdaşı mənim avtomobilimə dəymiş ziyanı təxmini hesablayaraq, həttda bəzi detalların qiymətlərini yazmadan 1375 AZN qiymətləndirib. Sadəcə qiymətləndirmənin təxmini aparalıması məndə ciddi narazılıq yaratdı».
Zaur Rəcəbov məsələ ilə bağlı maliyyə naziri Samir Şərifova müraciət edib. O nazirdən xahiş edib ki, vətəndaşların maliyə sturukturları tərəfindən incidilməsinə qarşı müəyyən tədbirlər gorülsün və ona dəymiş ziyanın tam ödənilsin.
Zaur Rəcəbovun göndərdiyi fotoları da diqqətinizə çatdırırıq:
Emin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ














