Aviabiletlərin qiymətləri ucuzlaşmaq bilmir - VİDEO

Aviabiletlərin qiymətləri yenidən bahalaşıb. Xüsusilə son vaxtlar qonşu Türkiyə, Gürcüstan və Rusiyaya təyyarə ilə gedib-gəlmək olduqca baha başa gəlir. Quru sərhədlərin bağlı olması, uçuş məhdudiyyətləri və s. Çox güman ki, bütün bunlar qiymətlərin ucuzlaşmasının qarşısını alır.
Aviabiletlərin qiymətləri ucuzlaşmaq bilmir. Əksinə hava nəqliyyatı ilə sərnişin daşıma qiymətləri ötən ay ilə müqayisədə yüksəlib. Avtosfer.az xəbər verir ki, turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, hər il yaz aylarından başlayaraq qiymətlərdə bahalaşma müşahidə edilir. Səbəb xaricdə və ölkəmizdə təhsil alan tələbələrin gəliş-gedişi, eyni zamanda turist axınıdır. Ekspert deyir ki, xüsusilə Türkiyə və əks istiqamətdə bilet qiymətləri 20-30 faiz arasında bahalaşıb. Bahalaşma eyni zamanda Gürcüstan istiqamətində də müşahidə edilir. Rusiya və əks istiqamətdə də hələki bilet qiymətləri sözün əsl mənasında cib yandırır. Bunun səbəbi faktiki olaraq uçuş məhdudiyyətləri və reyslərin sayının az olmasıdır. Bununla belə, asiya ölkələri istiqamətində aviabiletlər nisbətən ucuzlaşıb. Xüsusilə indiki aylardan başlayaraq həmin ölkələrdə kəskin istilər olduğundan gediş-gəlişlərin sayı azalır. Rəhman Quliyev deyir ki, əgər rusiya ilə uçuş məhdudiyyəti qaldırılsa, bu zaman qiymətlərdə enmə müşahidə ediləcək. Digər istiqamətlərdə isə hələlik qiymət ucuzlaşması gözlənilmir.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












