Aviaşirkət 235 təyyarə alır

"Türk Hava Yolları” aviaşirkəti inkişaf strategiyası çərçivəsində "Airbus” və "Boeing” kimi təyyarə istehsalçıları ilə onlardan 235 təyyarə almaq üçün danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin milli aviadaşıyıcısının Direktorlar Şurasının sədri Əhməd Bolat İstanbulda "Airbus” və "Rolls-Royce” şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.
Qeyd edək ki, "Türk Hava Yolları”nın 10 illik inkişaf planı şirkətin aviaparkının 600-ə yaxın təyyarə ilə artırılmasını nəzərdə tutur. 2023-cü ilin dekabrında aviaşirkət "Airbus”dan 70 milyard ABŞ dolları dəyərində 355 ədəd təyyarə ("A312 Neo”, "A350-900”, "A350-1000”, "A350F”) almaq üzrə müqavilə imzaladığını elan edib.
Hazırda "Türk Hava Yolları”nın parkında, əsasən yeni nəsil ("Airbus” və "Boeing”) olmaqla, 440 təyyarə var. Şirkət dünyanın aparıcı aviadaşıyıcılarından biridir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












