Aviaşirkət 900 pilot və 1000 bələdçini işə götürəcək

Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” (THY) şirkəti işçi qüvvəsini 900 pilot və 1000 bələdçi ilə genişləndirməyi planlaşdırır.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə THY-nin İdarə Heyətinin sədri Ahmet Bolat telekanalların birinin efirində məlumat verib.
“Türk Hava Yolları” 2021-ci ildə 5561 pilotu işə götürüb. 2023-cü ildə bu rəqəm 6755-ə çatdı. Biz pilotların sayını daha da artırmağı və bütün donanmanı modernləşdirməyi planlaşdırırıq”, - deyə Türkiyənin ən bahalı brendi hesab edilən aviaşirkətin rəhbəri bildirib.
Onun sözlərinə görə, aviaşirkət yaxın iki il ərzində “Türk Hava Yolları”nın bütün reyslərini pulsuz internetlə təmin etməyi də planlaşdırır.
“Mülki aviasiya bazarında fəaliyyət çox mürəkkəb prosesdir. Təkcə son 20 ildə dünyada 180-ə yaxın aviaşirkət müflis olub”, -deyə THY İdarə Heyətinin sədri qeyd edib.
O əlavə edib ki, təkcə ötən il Türkiyənin milli aviadaşıyıcısı ölkəyə 55 milyard dollar gəlir gətirib ki, bunun da 21 milyard dolları şirkətin xalis mənfəəti olub. “Bütün bunlar 300-dən çox təyyarənin daxil olduğu donanmanın sayəsində baş verib. 2033-cü ilə qədər bu rəqəm 810-a çatacaq”, -deyə Bolat şirkətin planlarını bölüşüb.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












