“Avro-5” standartına uyğun benzin istehsalına Türkiyə şirkəti cəlb olunub - FOTO

Heydər Əliyev adına Neft Emalı Zavodunda “Avro-5” standartına uyğun benzin istehsalı üzrə yeni emal qurğularının quraşdırılması üçün sahə hazırlıqlarını Türkiyə şirkəti həyata keçirəcək.
Oxu.Az-ın məlumatına görə, şirkət layihə üzrə tenderin qalibi olduğunu və layihədə iştirak haqqı əldə etdiyini açıqlayıb.
Layihə “ÜSTAY Construction Company” tərəfindən aparılacaq. Kompaniya Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa ediləcək “Prime G” vahidinin sahə hazırlığı işlərinə cavabdeh olacaq.
Layihə çərçivəsində qazıntı və dolğu işləri aparılacaq və yekunda ərazi hazır layihə halında Dövlət Neft Şirkəti - SOCAR-a təhvil veriləcək.
Xatırladaq ki, SOCAR və “Maire Tecnimont Group” yeni nəsil emal qurğuları barədə sazişlər imzalayıb. Həmin müqaviləyə görə əlavə qurğular tikilməli idi. Hazırda isə həmin tikinti üçün sahənin hazırlanması məqsədi ilə “ÜSTAY Construction Company” subpodratçı qismində cəlb olunub.
Qeyd edək ki, imzalanmış sazişlər çərçivəsində Heydər Əliyev adına Neft Emalı Zavodunda “Avro-5” standartına uyğun benzin istehsalı üçün lazım olan üç yeni emal qurğusunun quraşdırılması nəzərdə tutulur.
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu modernizasiya və yenidənqurma layihəsi çərçivəsində Maire Tecnimont S.p.A. qrupunun törəmələri olan Tecnimont S.p.A. və KT-Kinetics Technology S.p.A. şirkətləri ilə iki mühəndislik, təchizat və tikinti (EPC) sazişi imzalayıb.
Ümumi dəyəri təxminən 160 milyon ABŞ dolları olan yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












