Avropa dronlardan istifadə qaydalarını genişləndirir

Avropa Komissiyası (AK) Avropa İttifaqının gələcək nəqliyyat sisteminin vacib hissəsi hesab etdiyi dronlarla bağlı yeni qaydalar paketi qəbul edib.
Avtosfer.az ted.az-a istinadən bildirir ki, bu barədə AK-nın məlumatında deyilir.
"Komissiya bu gün U-space paketini - birlikdə pilotsuz və pilotlu uçan aparatların təhlükəsiz fəaliyyəti üçün lazımi şərait yaradan üç tənzimləməni qəbul edib", - məlumatda vurğulanıb.
Bu qaydalar həmçinin pilotsuz uçuş aparatlarının daha mürəkkəb əməliyyatlar və daha uzaq məsafələrdə, xüsusən yüklənmiş, aşağı səviyyəli hava məkanında (120 metrdən aşağı) və gözlə görünməyən yerlərdə əməliyyatlar həyata keçirməsinə imkan verəcək.
"Dronlar gələcək nəqliyyat və logistika landşaftının ayrılmaz hissəsidir. Yüklərin çatdırılması üzrə yeni xidmətlərdən, eləcə də gələcəkdə göyərtəsində sərnişinlər olmaqla pilotsuz uçuşlar da daxil olmaqla, digər innovativ imkanlardan bəhs edərkən böyük potensial olduğu görünür", - nəqliyyat üzrə avrokomissar Adina Vaelan deyib.
Bildirilib ki, yeni qaydalar 26 yanvar 2023-cü ildən etibarən tətbiq olunmağa başlayacaq.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












