Avropa Oyunlarının Açılışına gedənlər üçün – TƏLİMAT

Bu gün Bakı 2015 I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, möhtəşəm tədbirin açılış mərasimi saat 21:00-da Olimpiya stadionunda keçiriləcək. Tamaşaçılar Olimpiya stadionuna yalnız metro və ekspress avtobuslarla gedə biləcəklər.
Avtobuslarla getmək istəyən tamaşaçılar metronun “Nizami”, “28 may”, “Gənclik”, “Koroğlu”, “Elmlər Akademiyası” və “20 yanvar”stansiyalarının yaxınlığındakı dayanacaqlarda ekspress avtobuslara əyləşib Olimpiya stadionuna gedə bilər.
Ekspress avtobusların hərəkət cədvəlini təqdim edirik.
Metro ilə Olimpiya stadionuna getmək istəyənlər “Koroğlu” metrostansiyasından düşüb, orada quraşdırılan Olimpiya stadionuna necə getməli haqda məlumatverici nişanlara uyğun olaraq hərəkət edib Olimpiya stadionuna daxil ola bilərlər.
Şəxsi avtomobillə Olimpiya stadionuna giriş qadağandır.
Tədbir başa çatdıqdan sonra biletlərin sektorlarından asılı olaraq xüsusi personal tamaşaçını daha yaxın olduğu nəqliyyat məntəqəsinəyollayacaq.
Qeyd edək ki, Avropa Oyunları yarışlarına biletləri olan tamaşaçılar üçün ekspress avtobuslarda gediş pulsuz olacaq. Bunun üçün onlar biletlə yanaşı, şəxsiyyəti təsdiq edən sənədi də təqdim etməlidirlər.
Tamaşaçı qismində iştirak edən şəxslər bilet və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.
Əlavə edək ki, 12 iyun saat 16.00-dan 13 iyun gecə saat 02.00-dək Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək və Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək hissədə yollar bağlı olacaq.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












