Avropada ictimai nəqliyyatdan koronavirusun mövcudluğunu yoxlamaq üçün nümunələr götürülür

Avropa İttifaqı ölkələrində vaqonlardan və ictimai nəqliyyat avtomobillərindən COVID-19 virusunun mövcudluğuna dair nümunələr götürülməyə başlanıb.
Bu günlərdə ilk belə nümunələr Çexiya paytaxtının tramvaylarından götürülüb. Analoji tədbirlər daha sonra Budapeştdə və Brüsseldə həyata keçirilib.
Nümunələr xüsusi sistem biosensorlarının köməyi ilə götürülüb. Mütəxəssislər avtobusların, tramvayların, qatarların və metro stansiyalarının, şəhərətrafı qatarların içindən və səthindən, eləcə də həmin nəqliyyat vasitələrinin içindəki havadan nümunələr götürüblər. Seçilmiş nümunələr xüsusi testlər vasitəsilə yoxlanılır.
Bundan əlavə, sürahilərdə, tutacaqlarda, oturacaqlarda, idarəetmə düymələrində və bilet terminallarında virusun olub-olmaması yoxlanılacaq. Yaxmalar habelə nəzarət düymələrindən, liftlərdən, eskalator tutacaqlarından, pilləkənlərdən, oturacaqlardan və platformalardakı informasiya panellərindən götürüləcək. (AZƏRTAC)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












