Avtobus anarxiyasının sonu görünmür – Daha bir VİDEO

Bu günə kimi telefonla danışan, çay içən və nəqliyyat idarə edə-edə müxtəlif fəaliyyət növlərilə məşğul olan sürücülər görmüşdük. Ancaq bu dəfə sürət qutusunu dəyişmək üçün yanına köməkçi götürən sürücüyə də rast gəldik. Avtosfer.az ans-ə istinadən xəbər verir ki, hadisə 10 TG 735 dövlət nömrə nişanlı 18 saylı avtobusda qeydə alınıb. Sürət qutusu digəri tərəfindən dəyişdirildiyi halda sürücü yol boyu telefonla danışır. Bir müddət sonra köməkçi sürət qutusunu dəyişməklə kifayətlənmir. Həm də siqnala basaraq sürücüyə əlavə xidmət göstərir. Qayda pozuntuları bununla da bitmir. Telefonda klipə baxan və oynamaq üçün oyun axtaran sürücü ilə onun pulyığanı arasında anlaşmazlıq yaranır.
Nəhayət telefonda maraqlı nə varsa, hər ikisini cəlb edir və birlikdə mobil cihazı araşdırmağa başlayırlar, avtobus isə özü irəliləyir.
Hadisə ilə əlaqədar Nəqliyyat Nazirliyindən bildirildi ki, bu kimi hallar yolverilməzdir. Məsələ araşdırılacaq, həmin avtobus xəttinin sahibkarı ilə danışılacaq və tezliklə müvafiq tədbirlər görüləcək.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












