Avtobus dayanacağında maşın saxlayıb paltar almağa gedən yol polisi - FOTO

Daimi oxucularımızdan Orxan Fərəcov Avtosfer.az-a maraqlı fotolar göndərib. Orxanın bildirdiyinə görə, avqustun 19-da «Olimp» mağazasının qarşısında – İnşaatçılar prospektində minik avtomobili səkidə park edilib. Fotolardan da göründüyü kimi, həmin nəqliyyat vasitəsinin dayandığı yer həm də avtobus dayanacağıdır. Lakin görünür, sürücünün ya kateqoriyası yüksəkdir, ya da yol hərkəti qaydalarından anlayışı zəifdir. Piyadaların yolunu, avtobus dayanacağını zəbt edən bu avtomobilə az sonra iki yol polisi avtomobili yaxınlaşıb. Maşınlardan biri dayanmayıb. Lakin biri dayanıb. Və sonra məlum olub ki, 99 YP 502 dövlət nömrəli patrul maşını ilə gələn yol polisinin dayanma-durma qaydalarını pozan avtomobillə işi yoxdur.
Orxan Fərəcovun dediklərindən: «Bir maşın səkidə qanunsuz park edib və bir neçə dəqiqə sonra 99 YP 502 nömrəli YPX maşını gəldi, içindən bir polis əməkdaşı düşdü. Düşündüm ki, cərimə yazacaq, amma girdi mağazada geyimlərə baxdı. Yoldan digər bir YPX maşını da keçirdi, o heç saxlamadı».
Əlavə edək ki, bu fotolarda yol patrul xidməti avtomobilin də qayda pozduğu aşkar görünür. Çünki həmin avtomobilin üzərində sayrışan işıqlar yanmır və patrul maşını avtobus dayanacağını zəbt edib. Hansı ki, buna zərurət yoxdur. Ən azından 5 metr irəlidə də dayana bilərdi…
Nurlan
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək













