Avtobus idarə edəcək qadın sürücülərin sayı artırılır - VİDEO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus idarə edəcək daha 6 qadın sürücüyə təlimlər keçir.
Avtosfer.az AYNA-ya istinadən xəbər verir ki, Agentlik qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.
Layihənin birinci mərhələsində 3 xanım təlim və imtahanları uğurla tamamlayaraq artıq avtobus sürücüsü kimi fəaliyyət göstərir. Hazırda davam edən ikinci mərhələdə isə 6 xanım namizəd təlim prosesində iştirak edir.
Təlim proqramı avtobusları idarəetmə bacarıqları ilə yanaşı, davranış psixologiyası, sərnişindaşıma qaydaları və hərəkət təhlükəsizliyi üzrə mövzuları əhatə edir.
Qadın avtobus sürücüsü vakansiyası üzrə qəbul prosesi davam edir.
Təlim prosesindən videonu təqdim edirik.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












