Avtobus sürücüləri 20 qəpiyə görə ölümünə sürdü – REAL VİDEO

Bakıda son günlər avtobus sürücülərinə qarşı reydlərin sayı artıb. Biz bu kimi tədbirləri alqışlayırıq. Nəqliyyat Nazirliyi vətəndaşlar üçün «Qaynar xətt» də yaradıb ki, dayanacaqdan kənarda avtobusu saxlayıb sərnişin mindirib-düşürən, kobudluq edən və başqa neqativ hallara yol verən sürücülərlə bağlı müraciət etsinlər. Demək olar ki, son bir ayda avtobus sürücülərinə qarşı hər həftə bir neçə reyd də keçirilir və cəzalananların da sayı az olmur. Lakin görünən odur ki, avtobus sürücüləri arasında düzəlmək ehtimalı sıfıra bərabər olanlar da var.
Avtosfer.az-a oxucular tərəfindən göndərilən videodan aydın olur ki, sentyabrın 4-də, səhər saatlarında Neftçilər prospektində – üzü Azneft dairəsi istiqamətində Kukla Teatrının qarşısındakı dayanacağa yaxınlaşanda 20 nömrəli marşrut üzrə hərəkət edən 10 TH 057 dövlət nömrə nişanlı avtobus soldan sağa təhlükəli manevr edərək öz yolu ilə hərəkətdə olan minik avtomobilinə qəza şəraiti yaradıb. Eyni zamanda, sağdakı marşrut avtobusunun sürücüsü də hərəkətdə olduğu zolaqda yük avtomobilinin dayandığını görərək qəflətən sağa manevr etməklə həmin minik avtomobilinə qəza şəraiti yaradıb. Minik avtomobili dayanmasaydı, avtobuslar onu sıxıb əzəcəkdilər. Sürücü maşını saxlayıb avtobus sürücüsünə «xoş sözlər» deyərkən, sürücü bildirib ki, o, qayda pozmayıb, dönmə işığını yandıraraq dayanacağa daxil olub.
Amma bu sürücü heç vaxt başa düşməyəcək ki, avtobusların sol zolaqla hərəkəti qadağandır. Hələ, ona başa salmaq lazımdır ki, birinci zolaqdan üçüncü zolağa 10 metr məsafədə manevr etmək ölümə bərabərdir.
Göründüyü kimi, avtobus sürücülərinin əsas arzsu dayanacağa birinci çatmaq imiş. Bu zaman onlar yoldakı maşınları, avtobusdakı sərnişinləri yox, 20 qəpiyi düşünürlər. Belə təfəkkürlü sürücülərə qarşı yüz reyd bir nəticə verməz, belələrinin qarşısına 20-30 qoyun qatıb nobata göndərmək lazımdır.
Elməddin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











