Avtobus sürücüsü ana və körpəsinin həyatını təhlükə altına atdı - FOTO

Bakıda avtobus sürücüsü ana və körpəsinin həyatını təhlükə altına atıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Nərgiz İbrahimli adlı xanım öz Facebook səhifəsində bildirib. N.İbrahimli 17 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsündən şikayət edərək bunu müvafiq qurumların diqqətinə çatdırılmasını istəyib: "Sürücülərin elə bil insan yox, kartof daşıması ilə artıq çoxdan barışmışam. Amma bu gün çox ciddi şəkildə əsəbiləşdim. Mən başa düşürəm ki, avtobus müəyyən vaxtda müəyyən yerdə olmalıdır. Amma bu gün bir qadın içində 2-3 yaşlı körpənin oturduğu uşaq arabasını avtobusa qaldırarkən bu başdanxarab sürücü qaza basdı. Hələ, üstəlik, anaya da irad tutur ki, tələssin, çünki o gecikir. Sənin gecikməyinə tüpürüm! Az qala uşağı tələf edəcəkdi. Təsəvvür edin, ana uşağını avtobusa mindirməmiş qaza basır. Hələ, üstəlik, dedi ki, sənin uşağına ağzına 20 qəpiklik soxacam. Sonrasını isə artıq anlamadım... Ona bəraət yoxdur! O, hər bir sərnişinə görə məsuliyyət daşıyır".
Qeyd edək ki, N.İbrahimli həmin sürücünün idarə etdiyi avtobusun qeydiyyat nişanının əks olunduğu fotosunu da paylaşıb. Fotodan görünür ki, 17 saylı marşrut üzrə hərəkət edərək ana və övladının həyatını təhlükə altına atan sürücünün idarə etdiyi avtobusun qeydiyyat nömrəsi 90-VG-166 olub.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












