Avtobus zolaqları sahibkarların işinə ziyan vurur? - VİDEO

Son zamanlar Bakı şəhərinin bəzi küçə və prospektlərində çəkilən avtobus zolaqlarının yol kənarında obyekti olan bir çox sahibkarların işinə ciddi ziyan vurduğu iddia olunur.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələr aparılır, videopaylaşımlar edilir.
Sahibkarlar bildirirlər ki, avtobus zolaqlarının çəkilməsi nəticəsində yol kənarında yerləşən ticarət obyektlərinə müştəri axını kəskin azalıb. Məsələn, Babək prospektində, Zabrat yolunda obyektlərin qarşısından keçən avtobus zolaqları onların fəaliyyətinə əngəl törədir.
"Biz dövlətə vergi ödəyirik, işçilərimizə maaş veririk. Lakin avtobus zolaqları çəkiləndən sonra obyektlərimizə müştəri gəlişi minimuma enib", - deyə sahibkarlar öz narazılıqlarını ifadə edirlər.
Sahibkarlar hesab edir ki, mövcud girişlər müştərilərin rahatlığını təmin etmir və alış-verişə mənfi təsir göstərir. Bəzi sahibkarlar hətta obyektlərini bağlamaq məcburiyyətində qala biləcəklərini vurğulayırlar.
Bəzi küçə və prospektlərdə avtobus zolaqlarının sahibkarlara yarada biləcəyi problemlə bağlı əvvəlcədən AYNA tərəfindən hər hansı bir çıxış yolu işlənibmi?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən cavab olaraq yalnız təqdim etdiyimiz videoya münasibət açıqlanıb və qeyd olunub ki, sözügedən ərazidə obyektlərə daxil olmaq üçün müvafiq şərait mövcuddur.
"Həmin əraziyə yolda iki yerdən giriş var",- deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, avtobus zolaqlarının paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsində mühüm rol oynadığı şübhəsizdir. Ancaq bu zolaqların çəkilişi zamanı sahibkarlıq subyektlərinin maraqlarının nəzərə alınması da vacib məsələlərdəndir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












