Avtobusa minmək üçün əvvəlcə metroya düşməlisən - FOTOLAR

Əksər avtobus dayanacaqlarında ödəniş terminallarının olmaması sərnişinlər üçün çətinlik yaradır. "BakuBus" MMC-yə məxsus avtobuslarda ödənişin "Bakıkart" vasitəsi ilə həyata keçirilməsi bəzi hallarda sərnişinlərə problem yaradır. Çünki əksər avtobus dayanacaqlarında ödəniş terminalları yoxdur. "Bakıkart"ı olanlar gediş haqqı yükləmək üçün məcbur qalıb metrolara üz tuturlar.
"Bakubus" MMC-nin ilk marşrut xətti olan 1 saylı marşrutda da qeyd etdiyimiz problem yaşanır.
İlk dayanacağı "Koroğlu" metrosu stansiyasının çıxışında olan marşruta minmək istəyən sərnişinin kartında gedişi yoxdursa, o mütləq metroya düşərək gediş haqqı yükləməlidir. Bu isə sərnişinlər üçün çətinlik yaradır və əlavə vaxt itkisinə səbəb olur. "BakuBus"ların hərəkət etdiyi digər xətlərdə də eyni problem mövcuddur.
Bakı sakini Şəhriyar Əliyev hər gün "Koroğlu" metrosundan 1 saylı marşurutla işə gedir. Ödəniş terminalının olmamasından əziyyət çəkənlərdən biri də odur: "Hər gün bu yolu gedirəm. Bəzən kartda gediş qurtarır. Məcbur metroya düşməlisən. Səhərlər sərnişinlərin sıxlığını nəzərə alanda 15-20 dəqiqə vaxt gedir. Bu marşurutun "28 May"dakı son dayanacağında ödəniş terminalı var. Amma burda və bir çox yerlərdə yoxdur. Bəzən kartı və ya gedişi olmayanlar xahiş edirlər ki, onları keçirək. Görürük ki, hər kəs bu problemdən əziyyət çəkir. Ümid edirik ki, yaxın zamanalarda bu problem öz həllini tapar".
"BakuBus" MMC-nin yeni fəaliyyətə başladığını nəzərə alsaq ümid etmək olar ki, sərnişinlərin bu problemi aradan qaldırılacaq.(musavat.com)
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək














