Avtobusda dilənçi oğlan qız üstündə sərnişini vurdu

Bakıda sərnişin avtobusunda dilənçi oğlan qız üstündə dava saldı. Anspress-iun məlumatına görə, hadisə axşam saatlarında 18 saylı sərnişin avtobusunda baş verib. Belə ki, Şəhidlər Xiyabanı yaxınlığında avtobusa yaşı təxminən 17-18 olan bir oğlan minib. Həmin gənc sərnişin avtobusunda dilənməyə başlayıb. Bu zaman avtobusda oturan iki gənc qız oğlana pul verib. Oğlan isə qızlara minnətdarlıq edib. Daha sonra qızlarla oğlan söhbətə başlayıblar. Bu zaman arxada oturan yaşı təxminən 23 olan bir kişi onlara sataşmağa başlayıb. O, qızları dilənçiyə maraq salmaqda günahlandırıb və onları ələ salıb. Dilənçi oğlan isə öz növbəsində qəfil həmin insana hücum edib. Oğlan özündən 5 yaş böyük olan kişiyə bir sillə vurub. Zərbənin təsirindən və dilənçi oğlanın qəfil hərəkətindən şoka düşən sərnişin heç bir qarşılıq vermədi. Növbəti dayanacaqda dilənçi oğlan və qızlar avtobusdan düşüblər. Qızlara sataşan sərnişin isə dilənçi oğlanın zərbəsinin təsiri altında yerindən tərpənməyib.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












