Avtobusla “avtoş”luq sərnişinləri hiddətləndirdi - VİDEO

Dünən axşam saat 22:15 radələrində 175 saylı marşrut avtobusunun sürücüsü paytaxt küçələrində sürəti artıraraq “avtoşluq” edib. “28 May” metrostansiyasının yaxınlığındakı dayanacaqdan xəttə çıxan və Hövsan istiqamətində hərəkət edən, “10 TF 429” dövlət nömrə nişanlı 175 saylı marşrut avtobusunun sürücüsü əvvəlcə sürət həddini aşıb, sonra Nobel prospektində özbaşınalıqlarını davam etdirib. Onun əyləci bir neçə dəfə qəfil basması avtobusda ayaq üstə yol gedən sərnişinlərin yıxılmasına səbəb olub. Sürücü dayanacaqda güzgüdən baxmadan avtobusun qapılarını qəfil bağlamaqla sərnişinlərdən birini qapı arasında qoyub. O, habelə avtobusu idarə edərkən maqnitofonun səsini qaldırmaqla yüksək səslə musiqi dinləyib. Onun bu özbaşınalıqlarına etiraz edən sərnişinlər bu hərəkətlərə son qoymağı tələb edib. Sərnişinlər bununla bağlı Nəqliyyat Nazirliyinin “Qaynar xətt”inə müraciət edəcəkləri barədə sürücünü xəbərdar etsə də, o, buna əhəmiyyət verməyib. Üstəlik, musiqinin səsini bir qədər də artırmaqla sərnişinləri saya salmadığını sübut edib.
3 saylı avtobus parkının rəhbəri Rahid İsmayılov Publika.az-a bildirdi ki, özbaşınalıqlar edən avtobus sürücüsü ilə bağlı cəza tədbirləri görüləcək: “Biz bu faktı elə indi araşdıracağıq. Göstəriş verəcəm ki, həmin sürücünü bu saat tapıb, onu işdən azad etsinlər. Həmin şəxslə bağlı tədbir qaçılmazdır. Biz görülən tədbir barəsində sizə məlumat verəcəyik. Həmin sürücünün belə hərəkəti bir daha təkrarlanmayacaq. Bundan arxayın ola bilərsiniz”.
Qeyd edək ki, bu, 175 saylı marşrut avtobuslarının sürücülərinin ilk belə özbaşınalıqları deyil. Onlar hər gün axşam saat 19-dan sonra hərəkət qrafikini pozur, xəttə 10-12 dəqiqə intervalı ilə çıxırlar. Axşam saat 22:50-dən sonra isə, ümumiyyətlə, xəttə çıxmırlar.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










