Avtobuslar vaxtından əvvəl qaraja gedir, sərnişinlər yolda qalır - VİDEO

Saat 22:10 olmasına baxmyaraq, bəzi marşurt xəttində avtobuslar işləmir. Sərnişinlər isə həmin avtobusların yolunu gözləyirlər. Özü də havanın soyuq olduğu bir vaxtda. Görüntülər paytaxtın Binəqədi rayonu "Azadlıq" metrostansiyasının qarşısındakı dayancaqdandır. Gecə vaxtı ərazidə çəkiliş aparıdğımız zaman sərnişinlərin problemlə qarşılaşdıqlarının şahidi olduq. Səbəb bir çox marşrutdakı avtobusların vaxtından tez qaraja göndərilməsi idi. Məsələn, Mehdabad-Pirşağı qəsəbələri istiqamətinə hərkət edən 179 saylı marşurtdakı avtobusların. Bənzər halı Fatmayi və Goradil qəsəbələri istiqamətinə hərkət edən 108 və 135 saylı marşrutları üçün də demək mümkündür. Sərnişinlərin sözlərinə görə, hava yağışlı olanda axşam olan kimi bu xətlərdəki avtobuslar işləmirlər.
Metronun "Koroğlu" stansiyasının qarşısından hərəkət edən avtobuslar da ya işləmir, ya da gec gəlirlər. Sürücülər isə buna müxtəlif səbəblər göstərirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, Bakıətrafı kənd və qəsəbələrə işləyən sərnişin avtobuslarının intervalı axşam pik saatlardan sonra sərnişin axınına uyğun olaraq tənzimlənir. Konkret sözügedən faktla bağlı agentlik tərəfindən araşdırma aparılıb. GPS sisteminin vasitəsi ilə əldə edilən məlumatlara görə, gecikmələr olsa da hər üç marşurutu xətti üzrə avtobuslar gecə saat 23:30-a qədər işləyib.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











