Avtobuslarda vəziyyət acınacaqlıdır - Ayaqda və yolda qalan sərnişin - VİDEO

Avtobusun bəzi oturacaqları tamamilə yerindən çıxarılıb. Bəziləri isə yararsız vəziyyətdədir. Acınacaqlı kadrlar paytaxt daxilində 21 və 175 saylı marşurut xətlərində sərnişin daşıyan avtobuslarda lentə alınıb. Sərnişinlər iddia edir ki, oturacaqların çıxarılmasının başlıca səbəbi avtobusa pik saatlarda daha çox adam yığmaqdır. Bəzi sürücülər oturacaqlar niyə çıxarılıb sualına özlərinə məxsus cavab verir, bəziləri isə oturacaqların çıxarılmasından xəbərsiz olduqlarını deyirlər.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilir ki, 175 və 21 saylı marşurut xətləri ilə bağlı qurumun 141 çağrı mərkəzinə dəfələrlə sərnişinlər tərəfindən şikayətlər daxil olub. Bu şikayətlər əsasında agentliyin əməkdaşları marşurutlara baxış keçirib və hər iki xətdə istismar olunan avtobuslarda ciddi nönqsanlar aşkarlanıb. nöqsanların aradan qaldırılması ilə bağlı daşıyıcı şirkətə xəbərdarlıq edilib. Lakin təkrar yoxlamalar zamanı nöqsanların aradan qalxmadığı müəyyən edilib. İndi isə qrum tərəfindən hər iki marşurut xətti istismarını həyata keçirən daşıyıcı şirkətlə bağlı qanuna uyğun olaraq ən sərt tədbirlər həyata keçiriləcək.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












