Avtomobil durduğu yerdə radara düşdü - QƏRİBƏ HADİSƏ - VİDEO

Minik avtomobili hərəkətsiz dayanan yerdə radara düşdü. Qeyri-adi hadisə Şamaxıda baş verib. Rayon sakini Ağasalam Nəhmətov 3 gün öncə idarə etdiyi avtomobili dayanacaqda saxlayaraq evə gedib. Elə həmin vaxt da maşın radara düşüb. Ağasalam Nəhmətov hansı səbəbdən cərimələndiyini öyrənmək məqsədi ilə polisə müraciət edib. Ona bildirilib ki, sürət həddini aşdığı üçün radara düşüb. İşin qəribə tərəfi odur ki, minik avtomobili həmin vaxt hərəkətsiz olub. Bu, protokoldakı şəkildən də açıq-aydın görünür. Şəkil çəkilən vaxt avtomobilin yanında olan adam da kadra düşüb.
Ekspertlər bildirirlər ki, Ağasalam Nəhmətov məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər. Bu halda fakt araşdırılacaq və həqiqətən də sürücü haqlıdırsa, protokol ləğv ediləcək.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












