Avtomobil nəqliyyatı ilə 150 milyona yaxın sərnişin daşınıb

Bu ilin yanvar ayında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10 milyon 794,7 min ton yük, 149 milyon 36,1 min sərnişin daşınıb. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 572,4 min ton və ya 5,6 % və 10 milyon 876,3 min sərnişin və ya 7,9 % çoxdur. Hesabat dövründə 142 milyon 860,1 min sərnişin avtobusdan istifadə edib. Bu, 2025-ci il ilə müqayisədə 10 milyon 582,2 min nəfər və ya 8 % çoxdur.

Yanvarda minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 294,1 min nəfər və ya 5 % artaraq 6 milyon 176 min nəfər olub. Sərnişinlərin 95,9 %-i avtobus, 4,1 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.
Qeyd edək ki, 2026-ci ilin ilk ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 59 %-i avtomobil nəqliyyatı vasitəsilə ilə daşınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












