Avtomobilə vurulan plyonkalarla bağlı yeni qadağalar tətbiq edilir? - Ekspertdən AÇIQLAMA
Xəbərlər
12 Oktyabr 2021 21:55

“Azərbaycan Respublikasının Nazirlər Kabineti avtomobillərin arxa yan qapılarına plyonkaların çəkilməsi ilə bağlı qərarı gecikdirir. Vətəndaşlar da bu müddət ərzində avtomobillərinin arxa qapılarının üzərinə 100%-lik qara plyonka vurdurublar. Əldə etdiyimiz məlumata görə, 100%-lik plyonkaya icazə verilməyəcək”. Avtosfer.az xəbər verir ki, bu sözləri Sia-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, aidiyyatı qurumlardan Nazirlər Kabinetinə bu cür təkliflər gəlib ki, 100%-lik plyonkalardan istifadə olunmasın: “Amma bir ildən artıq bir müddətdir ki, vətəndaşlar bu 100%-lik plyonkalardan istifadə edirlər və bunun heç bir problemi yoxdur. Plyonkaların hansı qayda pozuntusunu aşkarlamağa çətinlik yaratdığını başa düşmürəm. Bunun beynəlxalq səviyyədə əsası yoxdur. Dünyanın hər yerində bu cür 100%-lik plyonkalardan istifadə edirlər və heç bir zərəri yoxdur. Bu məsələnin üzərindən 5 ay keçib. Nazirlər Kabineti bir vərəqlik kağızı 5 aydır niyə yubadır? Niyə hazırlayıb ortaya çıxarda bilmir? Əsas məsələ də bax budur. Sürücülər də bunun əziyyətini çəkir. 50-100 manat verib plyonka çəkdiriblər”.
Oxunub : 1884
DİGƏR XƏBƏRLƏR
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
7 Oktyabr 2026 21:41
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
7 Oktyabr 2026 21:05
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
7 Oktyabr 2026 17:46
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
7 Oktyabr 2026 15:41
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
6 Oktyabr 2026 22:50
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
ŞƏRH YAZ












