“Avtomobillər “Oyunlar zolağı”nda hərəkət edə bilər” - Vaqif Əsədov

“Təkcə şəxsi avtomobillər deyil, ictimai nəqliyyat vasitələri də özbaşına “Oyunlar zolağı”na daxil olarsa, sürücülər inzibati məsuliyyət daşıyacaqlar. Əgər sıxlığın yaranmaması üçün polis əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrinin “Oyunlar zolağı”na daxil olmasına icazə verilibsə, bu xidmətlə əlaqədar yaranan zərurət və hərəkətin təhlükəsizliyini təmin etmək kimi başa düşülür”.
Avtosfer.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov paytaxtın bəzi ərazilərində ictimai nəqliyyat vasitələrinin “Oyunlar zolağı”na daxil olaraq hərəkət etməsi məsləsinə aydınlıq gətirərkən deyib.
O vurğulayıb ki, hərəkətin tənzimlənməsi ilə bağlı ərazi üzrə xidmət aparan yol polisi nizamlayıcı qismində olub, ictimai nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə göstəriş verirsə, o, yerinə yetirilməlidir.
“Bu zaman polis əməkdaşı dərhal Mərkəzi Məlumat Mərkəzinə xəbər verir ki, bu hərəkətə “mən icazə verdim və onun fotomaterialı hazırlanmasın, elektron protokol tərtib edilməsin”. Bunu eyni zamanda özümüz də izləyirik”.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












