Avtosalonun maşınları yolu belə kəsir – «Yolu almışıq» - ÖZBAŞINALIQ - FOTO

Şahin İskəndərov adlı oxucumuz Bakının əsas yollarından birində avtosalonun yaratdığı problemlə bağlı Avtosfer.az-a müraciət edib. O bildirir ki, bu fotolar Mərkəzi Göz Xəstəxanasının qarşısında – 6-cı mikrorayonda Zərifə Əliyeva adına parkın yanında çəkilib: @Bura üç zolaqlı yoldur. Yolun 2 zolağını binanın birinci mərtəbəsində yerləşən avtosalon zəbt edir. Bu vəziyyət hər gün təkrar olunur. Çünki avtosalondakı maşınlar bayırda satılır. Maşınları səkilərin üstünə düzüb satış keçirirlər. Maşınlar hər gün orda olur. Bir neçə gün əvvəl düşüb dedim ki, maşınları götürün, biz rahat knçək. Avtosalonun işçisi deyir ki, bu yolu biz pulla almışıq, nə istəyirik edirik. Mən biləni, yol satıla bilməz. Fotolara diqqətlə baxın. Düz işıqforun altında maşınları park edirlər. Piyada keçidini də maşınlar zəbt edib. Bunu yayın, bəlkə, aidiyyatı orqanlar tədbir görərlər. Fotoda gördüyünüz «Range Rover» markalı maşın avtosolnun işçilərinin maşınıdır. Hər gün orada dayanıb yolu kəsir. Hətta iş o yerə çatıb ki, bankın girişini də zəbt ediblər. Yolayrıcında təhlükəli vəziyyət yaradıblar».
Ümid edirik ki, aidiyyatı orqanlar bu məsələ ilə bağlı müvafiq araşdırmalar aparıb göstərilən ünvandakı avtosalonla bağlı tədbir görəcəklər.
Elmin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
















