Avtosfer.az yazdı, DYP həll etdi - FOTO

Bir neçə gün əvvəl Avtosfer.az-a müraciət edən oxucu bildirmişdi ki, Şirvan şəhərindən Sabirabad rayonuna gedən yoldakı dairədə «qeyri-adi» yol nişanı quraşdırılıb. Belə ki, oxucunun göndərdiyi fotolardan da göründüyü kimi, dairədə həm «Yol ver» nişanı, həm də «Stop» nişanı quraşdırılıb. Bu nişanın ikisinin eyni vaxtda tətbiqinin gülünc olduğunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da təsdiq etmişdi.
Məsələ burasındadır ki, həmin dairədə mühaşidə kamerası var və qarşıdakı DYP postunda sürücüləri saxlayıb bu nişanların tələbini pozduğuna görə cərimə edirdilər. Lakin bu məsələ Avtosfer.az-da işıqlandırıldıqdan sonra problem öz həllini tapıb. Həmin oxucunun bu gün bizə göndərdiyi fotolardan məlum olur ki, artıq həmin dairədə hərəkət düzgün təşkil olunur və «Stop» nişanı yığışdırılıb.
Məsələyə diqqət göstərib həll edən DYP rəhbərliyinə təşəkkür edirik…
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI













