Avtovağzalda nə baş verir?

Bakı Beynəlxalq Avtovağzalı bayram günlərini çətin keçirir desək, yerinə düşər. Çünki gəzməyə və ya doğmaları ilə bayramlaşmaq üçün bölgələrə üz tutanların çoxu bu arzusuna ya saatlarla gözlədikdən sonra çatır, ya da arzusu ürəyində qalır.
Anspress-in qaynar xəttinə müraciət edən Bakı sakini Vəfa Məmmədzadə saatlardır Beynəlxalq Bakı Avtovaqzalında gözlədiyini bildirdi: "Bacımla mən bir neçə gün bundan əvvəl internetlə saat 12.20-yə Şəkiyə bilet almışıq. Həmişə belə etmişik, bu vaxta qədər problem olmamışdı. Bu dəfə isə avtovaqzala gəldikdə bizə bildirdilər ki, həmin reysdə avtobus olmayacaq, onun əvəzinə saat 13.00-də olacaq. O da saat 14.00-də gəldi. Artıq saat 14.30-dur, hələ də avtobusda gözləyirik."
Vəfa xanım avtovağzalda gözlədiyi müddətdə digər rayonlara da avtobusların çatışmadığını müşahidə etdiyini söyləyir: "Bizimlə birlikdə bu avtobusa mindirilənlər arasında səhər saat Bakı-Şəki avtobusunun səhər saat 11.00 reysinə bilet alanlar da var. Aşağıda gözlədiyimiz müddətdə digər rayonlara da avtobusların çatışmadığının şahidi oldum. Gözləməkdən başqa çarəsi olmayanlar bayram gününü avtovağzalda keçirməyə məcbur qalıblar."
Digər şikayətçi isə bayram günlərini Xaçmazda yaşayan doğmalarının yanında keçirmək istəyən Ağaxan Əzizovdur. O, kassadan aldığı biletin əlində qaldığını deyir: "Biletimi görüb məni avtobusa mindirməkdən imtina edirlər. Bir neçə avtobusa yaxınlaşdım. Hamısı elə bil sözləşmişdilər. Heç biri məni öz maşınına almaq istəmirdi. Əvvəlcə nə baş verdiyini anlamadım. Daha sonra sərnişinlər məni başa saldılar ki, bilet almaqla böyük səhvə yol vermişəm. Sən demə, 2 manat 60 qəpiklik biletin əvəzinə 4 manat versəm mənimlə belə hörmətsiz davranmazlar. Əlacım kəsildiyindən bileti cibimə qoyub, deyilən pulu verdim. İndi avtobusda oturmuşam, inşallah yola düşərik".
Bayram günləri olduğundan Bakı Beynəlxalq Avtovağzalından yaşananlara qarşı tərəfdən münasibət öyrənə bilmədik.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












