Sosial şəbəkədə avtoxuliqanlıqla bağlı video paylaşan hərbçiyə CİNAYƏT İŞİ AÇILDI - VİDEO

Müdafiə Nazirliyi törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı açıqlama yayıb.
MN-dən Avtosfer.az-a bildirilib ki, N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib. Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib. Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib.
Qeyd edək ki, Avtosfer.az saytı bu barədə dünən məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, ölkə yollarında təhlükəli avtomobil idarə edən, digər hərəkət iştirakçılarına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətlərinə yol verən və bütün bunları videoya çəkərək sosial şəbəkələrdə özünə məxsus hesablarda paylaşan sürücü barəsində müvafiq tədbir görülüb. Bu əməlləri törədənin Məlikov Əziz Soltanpaşa oğlu olduğu aşkara çıxıb. Maraqlıdır ki, hərbi xidmətdə ola-ola bu əməlləri törədən və video çəkərək social şəbəkələrdə paylaşan şəxs tanınmış iş adamaının oğludur.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az verilən məlumata görə, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.
Videonu təqdim edirik:
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT










