Axirətə yola salmaq üçün lüks aparat

İsveçrədə 3D printerdə hazırlanmış bu aparat görünüşünə görə bahalı masaj aparatlarını, tibbi cihazları xatırlatsa da, əslində ölüm aparatıdır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İsveçrədə 3 il öncə hazırlanmış bu qurğunun rəsmi şəkildə istifadəsinə bu günlərdə icazə verilib.
Evtanaziya üsulu ilə ölmək istəyənlər bu aparatın içərisinə uzanır, içəridən müəyyən düymələri basmaqla özləri öz ölümlərini təşkil edir.
Bu aparat vasitəsi ilə ölüm acı olmayıb, bir növ yuxunu xatırladır. Belə ki, qurğunun içərisində onu azotla dolduran mexanizm var. Azot buraxıldıqdan sonra oksigenin səviyyəsi sürətlə enir və içəridəki şəxsin şüuru bulanır, onu yuxu tutur. Heç bir acı, boğulma, həyəcan hissi yaşanmadan 30 saniyə ərzində ölüm baş verir.
Qurğunu istənilən mənzərəli yerə aparıb, evtanaziyanı orada həyata keçirmək olar. Hələlik İsveçrədə bu qurğudan cəmi 3 ədəd hazırlanıb. Hollandiya patent verərək, eyni qurğulara sahib olmaq istədiyini bəyan edib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












