Azad edilən ərazilərə icazəsiz daxil olub metal yığanlar saxlanıldı - FOTO

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 17-də rayonun Binə kəndi ərazisində təyin edilən nəzarət postunda Göygöl rayon sakini Ariz Abdullayevin idarə etdiyi “Kamaz” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.
Yoxlama zamanı A.Abdullayevin sərnişinləri – Göygöl rayon sakini Qürbət Qocayev və Orxan Paşayev ilə birgə müvafiq icazələri olmadan rayon ərazisinə daxil olduqları müəyyən edilib.
Həmçinin avtomobilin yük yerinə baxış zamanı əlvan metallar da aşkar edilərək götürülüb.
Fatla bağlı araşdırma aparılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












