Azad edilmiş 134 min hektar ərazi minalardan təmizlənib - RƏSMİ

İndiyədək Azərbaycanın işğaldan azad edilmiş 134 min hektardan çox ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda keçirilən “Minalardan Təmizləmə üzrə Avropa Qrupu Təşəbbüsü” tədbirində çıxışı zamanı bildirib.
O xatırladıb ki, Azərbaycan bu gün dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir:
“Bu günə kimi işğaldan azad edilmiş 134 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İlk növbədə nəqliyyat və enerji infrastrukturunun keçdiyi ərazilərdə, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarda və yaşayış binalarının tikintisi nəzərdə tutulan ərazilərdə minalardan təmizləmə işləri aparılıb. Ümumilikdə 119 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək təhlükəsiz şəkildə zərərsizləşdirilib”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












