Azad edilmiş ərazilərə 4 ildə 186 min sərnişin səfər edib - AYNA

Son 4 ildə azad olunmuş ərazilərə ümumilikdə 15 464 reys həyata keçirilib, 186 000 sərnişin işğaldan azad olunmuş ərazilərə səfər edib.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, təkcə bu ilin yanvar ayı ərzində işğaldan azad olunmuş ərazilərə 1 173 reyslə 10 690 nəfər səfər edib.
Bundan başqa, bu günədək işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobilləri ilə səfər etmək üçün 3 286 646 nəfərə portal üzərindən icazə verilib. Onlardan 3 692 nəfəri xarici ölkə vətəndaşlarıdır. Təkcə bu ilin yanvar ayı ərzində 47 840 Azərbaycan vətəndaşına işğaldan azad olunmuş ərazilərə səfər etmək üçün icazə verilib.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları ilə ilk səfərdən 4 il ötür. "Böyük Qayıdış" proqramı çərçivəsində həmin ərazilərdə məskunlaşan vətəndaşların da keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə müntəzəm avtobus reysləri təşkil edilir. Bu istiqamətdə fəaliyyət göstərən müntəzəm marşrutlarla sərnişindaşımalara əsasən ekoloji təmiz, müasir nəqliyyat vasitələri cəlb edilir. Bununla da səfərlərin rahat, sürətli həyata keçirilməsi təmin olunur.
Müntəzəm avtobus reysləri ilə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir. "Biletim.az" portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Müntəzəm avtobus reysləri ilə yanaşı, vətəndaşların fərdi nəqliyyat vasitələri ilə səfərləri də həyata keçirilir. Fərdi minik avtomobillərilə vətəndaşlar www.yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək səfər edə bilirlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












