AZAL: “Azərbaycan dilində səlis danışan təyyarə bələdçiləri tapmaqda çətinlik çəkirik”

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ana dilimizdə səlis danışan təyyarə bələdçiləri axtarır”.
“Report” xəbər verir ki, bunu AZAL-ın İnsan resursları departamentinin müdiri Ellada Alışova Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil edilmiş “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: Sənayenin yeni bacarıq və səriştə ehtiyacları” mövzusunda panel müzakirələrində bildirib.
O, qeyd edib ki, tezliklə bu istiqamətdə yeni kampaniyaya start veriləcək.
“AZAL təyyarə bələdçisi işləmək üçün ali təhsil tələb etmir. Hazırda bələdçi tapmaqda çətinlik çəkirik. Əsas istəyimiz Azərbaycan dilində səlis danışmağı bacaran xanımların bizə müraciət etməsidir”, - deyə AZAL rəsmisi əlavə edib.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










