AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq.
Avtosfer.az AZAL-a istinadən xəbər verir ki , uçuşlar həftədə iki dəfə — bazar ertəsi və cümə axşamları həyata keçiriləcək.
AZAL-ın Buxarestə reyslərinin açılması Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişafına, həmçinin turizm, mədəniyyət və biznes imkanlarının genişlənməsinə töhfə verəcək.
Buxarest Rumıniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, ölkənin mühüm iqtisadi və mədəni mərkəzidir, eyni zamanda Cənub-Şərqi Avropanın maraqlı şəhərlərindən biridir.
Yaxın gələcəkdə aviaşirkət Şərqi Avropanın daha bir böyük şəhərinə — Bolqarıstanın paytaxtı Sofiyaya uçuşları bərpa etməyi planlaşdırır. Bu istiqamətdə də reyslər həftədə iki dəfə yerinə yetiriləcək.
Aviaşirkətin www.azal.az rəsmi internet saytı və ya AZAL mobil tətbiqi vasitəsilə uçuş cədvəli ilə tanış ola və aviabiletləri əldə edə bilərsiniz.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












