AZAL-da güzəştli uçuş qalmaqalı
Xəbərlər
14 Sentyabr 2015 23:55
Oxunub 1765
Azərbaycanlı tələbələr İstanbul hava limanında həyəcanlı dəqiqələr yaşayıb
Sabiha Gökçən hava limanı
Həmin pulu verməyə imkanı çatmayan insanlar dərin həyəcan keçiriblər. Bu insanların arasında xüsusilə tələbələr çox olub və onlar göz yaşları içində başlarına nə gələcəyini bilmədiklərini deyiriblər. Tələbələr bir daha AZAL-ın xidmətindən istifadə etməyəcəklərini bildiriblər.
AZAL-dan məsələ ilə bağlı anspress-ə verilən məlumatda İstanbul hava limanında qaydalara uyğun şəkildə davranıldığını bildiriblər. “Lou-kost reyslərə sərnişin qəbulunun bütün dünya üzrə qəbul edilmiş qaydaları var. İstər indi işləyən Antaliya və İstanbul reysləri olsun, istərsə də yaxında açacağımız Dubay və Moskva reyslərində biz bu qaydalardan kənara çıxa bilmərik”,- deyə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
AZAL-in təyyarələri
Amma bununla belə, Paşa Kəsəmənski AZAL-ın tələbələr üçün güzəştlər nəzərdə tutduğunu bildirir: “Biz klassik reyslərdə tələbələr üçün güzəştlər barədə düşünürük. Amma bu güzəştlər lou-kost reysləri əhatə etməyəcək və klassik reyslər üçün nəzərdə tutulub”.
Ümumiyyətlə, dünyanın əksər aviaşirkətlərində tələbələr güzəştlər şamil edilir. Buraya qiymət güzəştlərindən tutmuş, pulsuz aparıla bilən baqajın 2 dəfəyə qədər artırılması daxildir. Böyük ehtimalla, AZAL-ın güzəştləri də bu səpkidə olacaq.
AZAL-ın lou-kost uçuşları
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR