AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 29 sentyabr tarixində qeyd olunan Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, “Turist olmağın vaxtıdır!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.
Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29 % endirim əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində “TOURIST29” promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.
Kampaniya müddəti: 29-30 sentyabr 2024-cü il, uçuş tarixləri: 1 oktyabr – 25 dekabr 2024-cü il.
Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.
AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir: “Bu təklifdən yararlanın və aviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












