Azərbaycan BƏƏ-dən benzin idxalını 25 dəfə artırdı

Bu ilin oktyabr ayında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) "Premium Euro-95" markalı benzinin idxalını bərpa edib.
Bu barədə Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statistik məlumatlara görə, 2025-ci ilin yanvar-oktyabr aylarında BƏƏ-dən 17 milyon 165,39 min ABŞ dolları dəyərində 19 min 684,31 ton benzin idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə benzin idxalı miqdar baxımından 25,1 dəfə, dəyər baxımından isə 24,6 dəfə artıb. Bütün idxal oktyabr ayında baş verib.
Ümumilikdə Azərbaycan 10 ay ərzində 121 min 177,34 ton "Premium Euro-95" markalı benzin (2024-cü ilin 10 ayı ilə müqayisədə 1,9 dəfə çox) idxal edib. İdxal edilmiş benzinin dəyəri 103 milyon 524,62 min ABŞ dolları (1,7 dəfə çox) təşkil edib.
İdxalın strukturunda 63 milyon 51,54 min ABŞ dollarlıq (+ 4,4 dəfə) tədarükün 60,8 %-i və ya 73 min 651,88 tonu (+ 4,7 % dəfə) Rusiyanın payına düşüb.
Rusiyadan başqa, Azərbaycana "Premium Euro-95" markalı benzinin TOP3 tədarükçüsü arasında BƏƏ və Rumıniya (11 milyon 26,99 min ABŞ dolları dəyərində 12 min 889,33 ton) olub.
Qalan həcm Belarusdan - 9 milyon 883,38 min ABŞ dolları dəyərində 12 min 52,5 ton, Bolqarıstandan - 1 milyon 173,08 ABŞ dolları dəyərində 1 min 400,24 ton və Gürcüstandan - 1 milyon 224,25 min ABŞ dolları dəyərində 1 min 499,08 ton idxal edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












