Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı - 1,93 AZN-ə

Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Radio Azatutyun” məlumat yayıb.
Bildirilib ki, “Ran Oil” şəbəkəsinin yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzinin litri 430 drama (1,93 AZN) satılır.
“Bu, premium sinif benzinin cari bazar qiymətindən (520 dram) əhəmiyyətli dərəcədə aşağıdır”, - Azərbaycan yanacağını alan “Mega Treyd” şirkətinin direktoru Karen Xayriyan bildirib.
Azərbaycandan alınan “Aİ-95” markalı benzinin Rusiyadan idxal edilən yanacaqdan 17% daha ucuz qiymətə satılacağı qeyd olunur.
Məlumata görə, “Mega Treyd” şirkəti 600 ton benzini birbaşa idxal etməyib, vasitəçi şirkətdən alıb. Vasitəçi şirkətin adı isə açıqlanmır.
Xatırladaq ki, dekabrın 18-də 22 vaqona yüklənmiş 1220 ton “Aİ-95” markalı yanacaq Ağstafadan Gürcüstana yola salınıb. Göndərilən neft məhsullarının ilk partiyası dekabrın 19-da Ermənistana çatıb.
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib












