Azərbaycan bu il "Aİ-95" benzininin idxalını artırıb

2021-ci ilin yanvar ayında Azərbaycan 3,276 mln. ABŞ dolları dəyərində 5 895,53 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni ayı ilə müqayisədə idxal olunan benzinin həcmi 8,2% artıb, dəyəri isə 28,7% azalıb.
Yanvarda Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 91,3%-i məhz Rusiyanın payına düşüb. Yanvarda Rusiya ölkəyə 2,953 mln. dollar dəyərində 5 380,56 ton benzin göndərib. Bu göstərici həcm ifadəsində 0,02% artıb, dəyər ifadəsində isə 34,9 azalıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan 58,615 mln. ABŞ dolları dəyərində "Aİ-95" markalı avtomobil benzini idxal edib. Bu, illik müqayisədə müvafiq olaraq 80,3% və 44,2% artıb.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












