“Azərbaycan Dəmir Yolları” “Global Rail” tədbirində təmsil olunub

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədrinin müşaviri Arif Ağayev Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Rail” şirkətinin dəvəti ilə Əbu-Dabidə keçirilmiş nüfuzlu “Global Rail” tədbirində iştirak edib.
Avtosfer.az bu barədə ADY-yə istinadən xəbər verir.
Tədbirdə dəmir yolu sənayesinin aparıcı iştirakçıları nəqliyyatın gələcəyi və innovasiyalar barədə ətraflı müzakirələr aparıblar. Müzakirələrdə xüsusilə nəqliyyatın dayanıqlı inkişafı, yük və sərnişin daşımalarının gələcəyi, dəmir yolu sənayesində layihələrin maliyyələşdirilməsi, süni intellekt və rəqəmsal həllərin dəmir yolu əməliyyatlarına inteqrasiyası kimi mövzulara toxunulub. İştirakçılar dövlətlər, özəl sektor investorları və texnologiya istehalçıları arasında əməkdaşlığın gücləndirilməsinin və qlobal dəmir yolu sektorunun davamlı inkişafını və müasirləşməsini təmin etməyin vacibliyini vurğulayıblar.
Tədbir zamanı A.Ağayev “Etihad Rail” şirkətinin baş icraçı direktoru Şadi Malak və digər rəhbər şəxslərlə görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Son bir il ərzində “Etihad Rail” BƏƏ-nin milli dəmir yolu şəbəkəsinin genişləndirilməsi, müasir texnologiyaların inteqrasiyası və Yaxın Şərqdə dayanıqlı dəmir yolu nəqliyyatında regional lider kimi mövqeyinin gücləndirilməsi istiqamətində böyük uğurlar əldə edib. Şirkət rəqəmsal innovasiya və səmərəli logistika sahələrinə xüsusi diqqət ayırmaqla regiondakı digər dəmir yolu operatorları üçün rol model kimi çıxış edir.
“Global Rail” tədbirində iştirak çərçivəsində A.Ağayev, həmçinin “Etihad Rail” şirkətinin müasir dəmir yolu obyektlərini ziyarət edib və şirkətin inkişaf etmiş infrastruktur və əməliyyat yanaşmaları haqqında geniş məlumatlar əldə edib.
ADY rəsmisi həmsöhbətlərini Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlər, yükdaşımaların rəqəmsallaşdırılması, beynəlxalq dəhlizlər üzrə əməliyyatların optimallaşdırılması və digər məsələlər barədə məlumatlandırıb, həmçinin ADY-nin innovasiya və bilik mübadiləsi sahəsində əməkdaşlıqları inkişaf etdirməyə hər zaman açıq olduğunu qeyd edib.
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT










