Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16 407,6 min ton, yük dövriyyəsi isə 6 633,5 milyon ton-km olub.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2% və 2,4% artım müşahidə olunub.
Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 170 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə – 4 242,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə – 4 807,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə – 3 248,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 181,1 min ton təşkil edib.
Yüklərin 7 506,7 min tonu və ya 45,8%-i dəmir yolu nəqliyyatı, 5 004,4 min tonu və ya 30,5%-i avtomobil nəqliyyatı, 3 896,5 min tonu və ya 23,7%-i dəniz nəqliyyatı ilə daşınmışınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,2%-i və ya 9 707,6 min tonunu tranzit yüklər təşkil edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












